İran ötən gecə İsrailə şoxsaylı raket hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə paytaxt Tel-Əviv və daha bir neçə şəhərdə dağıntılar və yaralananlar olub.

İsrail televiziya kanallarının məlumatına görə, raketlərdən biri Təl-Əviv yaxınlığındakı Petah Tikvada bir neçə nəqliyyat vasitəsinə yararsız hala salıb: “Burada iki nəfər qəlpə yarası alıb”

“Haaretz” qəzeti isə yazır ki, İran İsrailin mərkəzinə kaset raketi atıb: “Onun hissələri azı 9 yerə düşüb. Hadisə zamanı itki və dağıntılar haqda hələlik rəsmi açıqlama yoxdur. Yaralıların olması istisna deyil”.

Firudin Səfərli
Mia.az