""Təbriz” mahnısının musiqisi Musa Musayevindi”.
Bunu AzNews.az-a açıqlamasında Musa Musayevin həyat yoldaşı, müğənni Təranə Qumral deyib.
O bildirib ki, "Təbriz” mahnısını Musa Musayev heç kəsdən oğurlamayıb: "Musa oğru deyil. O heç vaxt belə şeylər etməz. Kimdən oğurlayıb ki? Mahnının sözləri iranlı şairə Hökümə Büllüriyə aiddir. Bu şairə Təbrizdəndi. Bu mahnını Musa 1989-cu ildə yazıb. O ki, qaldı ansamblın rəhbəri Cənnət Əliyevanın adının müəllif kimi hallanmasına, əgər o, doğrudan da mahnı yaza bilirsə, bu gün də yazsın da. Niyə yazmır? Musanın 10-larla belə mahnısı var”.
Qeyd edək ki, müğənni Musa Musayevi məşhur edən "Təbriz” mahnısının oğurluq olduğu ilə bağlı xəbər yayılıb.. Aktual.az-ın məlumatına görə, bu mahnı "Təbriz” ansamblının rəhbəri Cənnət Əliyevə məxsus imiş.