Bakıda daha bir gənc xanıma məktəbdə yüksək vəzifə verilib. Yasamal rayonu, 60 saylı orta məktəbə 28 yaşlı Günel Rəcəbova direktor təyin edilib.

Mia.az Milli.Az-a istinadən xəbər verir ki, G.Rəcəbova bundan əvvəl isə Bakı British School-da direktor müavini işləyib.

Digər gənc məktəb direktoru isə S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına təyin edilib. O, 29 yaşlı Səbinə Turabovadır.