Türkiyənin baş naziri Əhməd Davudoğlu İŞİD-in girov götürdüyü 49 diplomatın Bakı vaxtı ilə 07.00-da Türkiyəyə qaytarıldığını bildirib.

ANS PRESS-in məlumatına görə, Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: "Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm”. 

Baş nazir girovların sağlamlığına toxunaraq: "Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, medyamıza və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun”.