Türkiyənin 11-ci prezidenti Abdulla Gülün hansı addımı atacağı hələ də qardaş ölkədə geniş müzakirə mövzusudur. 

Mia.az Türkiyənin «NTV» kanalına istinadən xəbər verir ki, bir az əvvəl açıqlama verən keçmiş prezident Ərdoğana qarşı partiya yaradacağı xəbərini də təkzib edib. O, yeni prezidentə dəstək olacağını təkrar vurğulayıb: «Mən yeni cumhurbaşqanımıza və hökumətə yardım edəcəyəm». 

Abdulla Gül dəstəyi necə və hansı statusda edəcəyini açıqlamayıb. 

Mia.az