Dünyanın müxtəlif ölkələrində koronavirusun vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində aparılır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Bildirilib ki, vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonq mərkəzli “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.

Məlumata görə, koronavirusun vaksini hazırlanması 2021-ci ilədək çəkə bilər.