Azərbaycanda növbəti dəfə zəlzələ baş verib.

Mia.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ ilkin məlumatlara əsasən yerli vaxtla saat 03:29:11-də Lənkərandan 18 km qərbdə qeydə alınıb.

Zəlzələ episenterde 4 bal, yaxın yaşayış məntəqələrində 3,4 bala qədər hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.