Bu gün 90 min silahlı qüvvəyə malik olan PKK/YPG-nin Suriyadakı hərbi qolu sayılan Suriya Demokratik Qüvvələri (SDQ) ilə ordu Əhməd Şara rejimi arasında anlaşma əldə edilməsi barədə xəbərlər tirajlanıb. İddia olunurdu ki, tərəflər 10 martda SDQ silahlılarının ordu birliklərinə inteqrasiyası istqamətindəki anlaşmaya uyğun olaraq, sabahdan sazişin icrasına başlanacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsmi Dəməşq isə bu xəbəri təkzib edib.
Dəməşq rejimindən bildirilib ki, ilin sonuna qədər Suriya ordusuna inteqrasiya etmək üçün vaxt verilmiş SDQ ilə hər hansı bir razılaşma yoxdur. Əksinə, danışıqlara son verilib: "Biz SDQ ilə danışıqları dayandırdıq. Onlar müzakirəsi mümkünsüz tələblər irəli sürür və bunda israr edirlər. Bu səbəbdən danışıqıar nəticəsiz bitib..."
Hüseyn Namazov
MİA.AZ