ABŞ bir qrup avropalı rəsmilərə viza qadağası tətbiq edib. Buna səbəb onların (aşağıda adları təqidm olunub - Mia.az) amerikalıların fikirlərinə qarşı rəqəmsal platformalarda stop qoyulmasına çalışmaları göstərilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sanksiya Avropa İttifaqında (Aİ) sərt qarşılanıb.

Məsələyə Avropa Parlamentinin prezidenti Roberta Metsola reaksiya verib. O, ABŞ-dan keçmiş Avropa komissarı Tyerri Breton da daxil olmaqla beş avropalıya viza məhdudiyyətləri tətbiq etmək qərarını geri götürməsini tələb edib: "Aİ Komissiyasının komissarı Breton və daha 4 nəfəri vəzifələrini yerinə yetirdiyinə görə viza məhdudiyyətləri tətbiq etmək qəbuledilməzdir. Avropa Parlamenti adından bu qərarın dərhal geri götürülməsini tələb edirəm".

Xatırladaq ki, ABŞ Dövlət Departamenti beş şəxsə - keçmiş komissar Tierri Breton, Rəqəmsal platfortmalarda nifrətlə mübarizə komissiyasının rəhbəri İmran Ahmed, Qlobal Dezinformasiya İndeksinin rəhbəri Klara Melford və Almaniyada yerləşən HateAid QHT-nin rəhbər şəxsləri olan  Anna-Lena fon Hodenberq və Josephina Ballona sanksiya tətbiq edib.

Onu da bildirək ki, vaxtilə r Fransanın maliyyə naziri vəzifəsində çalışmış Breton 2019-2024-cü illərdə Aİ Komissiyasında sərt rəqəmsal qaydaların formalaşdırılmasında aparıcı rol oynayıb.

Samir MUSAYEV

MİA.AZ