Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikası siyasi və iqtisadi inkişafda böyük uğurlara nail olmuş və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmışdır.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qırğızıstana qarşıdan gələn dövlət səfəriniz çərçivəsində biz səmərəli və effektiv danışıqlar yolu ilə Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün zəmin yaradacağıq.

Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".