Bu gün Türkiyədə səfərdə olan Liviyanın Baş qərargah rəisnin olduğu təyyarə geri dönərkən qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən özəl Falcon-50 tipli biznes təyyarəsi havalandıqdan az sonra radardan itib.
Məlumata görə, dərhal Esenboğa Hava Limanı müvəqqəti olaraq bağlanıb və uçuşlar Kayseriyə yönləndirilib: "Liviya Baş Qərargah rəisi də daxil olmaqla, göyərtədə olan 5 nəfərin hamısının qəzada həlak olduğu bəlli olub..."
Zülfiyyə Mustafayeva
MİA.AZ