İsrail ordusu işğal edilmiş Qərb Sahilində reydləri davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı bəyanat yayıb.
Bəyanata görə, İsrail hərbçiləri müxtəlif şəhər və qəsəbələrdə evlərə basqın edib: "Basqınlarla Tulkarmda 8, Qalqilyada 1, Xevronda 22 və Beytləhmdə 9 fələstinli tutulub".
Tahir Şəlvəli
MİA.AZ