Bu gün bir qrup dindar yəhudi Şərqi Qüdsdəki məşhur Əl-Əqsa Məscidinə basqın ediblər.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, qatı dindarlar məscidin həyətində Talmud ayinlərini yerinə yetiriblər.

Bu barədə Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, radikal yəhdilər İsrail polisinin mühafizəsi altında bu hərəkəti icra ediblər.

Xatırladaq ki, 14 dekabrdan başlayaraq, Hanuka (İşıqlar Festivalı) zamanı fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları çoxalıb.

Tahir Şəlvəli

MİA.AZ