"Rusiya ordusu dünən gecədən bəri ölkəsinə hava hücumlarınə genişləndirib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimor Zelenski açıqlama verib.
Onun sözlərinə görə, Rusiya ölkəsinə 30-dan çox raket və 650-dən çox PUA zərbsi endirib: "Hücum olunan ərazilərdə axtarış-xilasetmə qrupları işləyir. Kiyev bölgəsində Rusiya PUA-sının hücumu nəticəsində bir qadın, Xmelnitski bölgəsində də bir nəfər, Jitomir bölgəsində isə Rusiya PUA-sının binaya dəyməsi nəticəsində dörd yaşlı bir uşaq ölüb. Xeyli yaralı var. Ümumilikdə 13 bölgədə hava hücumları həyata keçirilib. Rusların xeyli sayda dron və raketi havada zərərsizləşdirilib..."
Zelenski bildirib ki, Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib: "Rusiyanın bu hücumu Rusiyanın prioritetlərinin çox açıq göstəricisidir".
Lamiyə Əhmədli
MİA.AZ