Türkiyədə daha 7 məşhur şəxs narkotik ittihamı ilə saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan biri - məşhur aktrisa Ezgi Eyüboğlu İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik əməliyyatı çərçivəsində dünən gecə qonşusu, həm də prodüsseri olan Eser Küçükerolunun Beykozdakı evində qandallanıb.
İstanbul Baş Prokurorluğundan bildirilib ki, növbəti əməliyyatla "narkotik və ya stimullaşdırıcı maddələr istehsal etmək və ticarət etmək", "fahişəliyə təhriketmə" ittihamları ilə Ezgi Eyüboğlu ilə yanaşı, Eser Küçükerol, İsmail Ahmet Akçay, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü də saxlanılıblar:

"Onlar gecə saat 03.00 radələrində evlərində tutulublar...".
Hüseyn Namazov
MİA.AZ