"PKK terror təşkilatının Suriya qolu olan YPG/SDQ yeni rejimlə 10 martdak razılaşmaya gecikmədən əməl etməlidir. Biz hərbi qüvvənin yenidən istifadəsinin tərəfdarı deyilik. Lakin artıq bizim də səbr tükənir. Ümid edirik ki, Dəməşq administrasiyası ilə SDQ arasındakı inteqrasiya dialoq yolu ilə həll olunacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan "TRT World"də müsahibəsində deyib.

Nazir əlavə edib ki, Suriyada İŞİD təhdidinə qarşı da birgə fəaliyyət zəruridir: "Əməkdaşlıq mexanizmi olduğu müddətcə, İŞİD təhdidi ilə mübarizə apara bilərik"

Tahir Şəlvəli

MİA.AZ