Bakıda ölmlə nəticələnən yanğın hadisəsi baş verib. Qaradağ rayonunda vətəndaşa məxsus ümümi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Yəhyayeva Minurə Qələm qızının cəsədi aşkar olunub. Yanğın saat 12:30-da tamamilə söndürülüb.