Millət vəkili Elçin Mirzəbəyli qrafikə uyğun olaraq, növbəti vətəndaş qəbulunu Ağsu rayonun Ülgüc kənd məktəbinin binasında, daha sonra isə Ağsu şəhərində keçirib.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında açıqlama verib.
Deputat bildirib ki, Ülgüc kəndinin sakinləri və kənd məktəbinin pedaqoji heyəti ilə onları narahat edən kənd əhəmiyyətli məsələləri müzakirə edib:
"Sonra isə fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla bir araya gəldik. Reallığı əks etdirən müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün ən qısa zamanda müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq. Ülgüc kəndində keçirilmiş səyyar vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə, Ülgüc kənd məktəbinə və təbii ki, fərdi problemlərdən daha çox hər kəsi narahat edən məsələlərə toxunduqarına görə Ülgüc kəndinin sakinlərinə minnətdarlığımı bildirirəm".
MİA.AZ