2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi seçilmiş İsveçrə təmsilçisi Nemo gözlənilməz addım atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, müsabiqə təşkilatçısının İsrailin gələn ilki yarışmaya qatılmasına icazə verdiyi üçün mükafatını geri qaytaracağını bəyan edib.
Məlumata görə, o, bu barədə "İnstaqram" hesabında açıqlama verib: ""Avroviziya"n bütün insanlar üçün birlik, inklüzivlik və ləyaqət üçün mövcud olduğunu söyləyir və bu dəyərlər müsabiqəni mənim üçün çox mənalı edir. Lakin BMT-nin müstəqil beynəlxalq araşdırma komissiyasının Qəzzadaı olaylara soyqırım deməsindən sonra İsrailin iştirakına şərait yaradılması Avropa Yayım Birliyinin əvvəl səsləndirdiyi idealla ziddiyyət təşkil edir..."
O, daha sonra bu qərar etiraz olaraq 2024-cü ildə aldığı mükafatı Avropa Yayım Birliyinin qərargahına göndərəcəyini elan edib.
Hüseyn Namazov
MİA.AZ