2025-ci il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Fəxri xiyabanı ziyarət edib.

Mia.az-ın məlumatına gərə, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.