Bu gün Türkiyə prezidenti Ərdoğan Aşqabadda Rusiya prezidenti Putinlə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş  Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümünə həsr olunmuş tədbir çərivəsində baş tutub.

Məlumata görə, görüşdə Xarici işlər naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Məsləhətçisi Akif Çağatay Kılıç və AK Partiyasının sədr müavini Halit Yerebakan da iştirak ediblər: "Görüşdə ikitərəfli və bölgədəki münasibətlərlə yanaşı, Ukrayna-Rusiya savaşı da müzakirə olunub".

Firudin Səfərli

MİA.AZ