Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

Mia.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DTX rəhbərliyi və şəxsi heyət tərəfindən Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.