Türkiyənin 22 şəhərində İŞİD terror təşkilatına maliyyə təmin edən və ya qondarma təşkilatın sosial mediada təbliğatını aparanlara qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, Adana, Aksaray, Antalya, Bursa, Çanakkale, Çankırı, Diyarbakır, Gaziantep, Hatay, İstanbul, İzmir, Kayseri, Kırıkkale, Kırşehir, Kocaeli, Konya, Malatya, Mersin, Osmaniye, Siirt, Tekirdağ və Yozgatda baş tutuan əməliyyatla ümumilikdə 92 nəfər qandallanıb.

Firudin Səfərli

MİA.AZ