İsrail İordan çayının Qərb sahilinə hücumlarını artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Şərqi Qüdsdə həyata keçirilən hücumlar zamanı Fələstin torpaqlarını ələ keçirən israillilər həmçinin fələstinlilərinin maşınlarını da yandırıblar.
Məlumata görə, bundan başqa, Birzeit Universitetinin kampusuna basqın olunub: "Universitetin üç əsas girişini bağlayan İsrail əsgərləri bir neçə fakültə və binada axtarış aparmaqla yetinməyiblər. Onlar kampusun mühafizəsiylə məşğul olan beş nəfər təhlükəsizlik əməkdaşı ilə yanaşı, 6 işçini də həbs edərək, özləri ilə aparıblar"
Tahir Şəlvəli
MİA.AZ