Alimlər Böyük Britaniyada meymunçiçəyinin yeni bir variantını aşkarlayıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əvvəllər "meymunçiçəyi" kimi tanınan mpox virusunun yeni ştammı Asiya ölkələrindən səyahətdən dönən bir nəfər də üzə çıxıb.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni variantmüxtəlif meymunçiçək ştammlarından genetik qaynaqlanan "rekombinant" bir virusdur. Mütəxəssislər deyirlər ki, bu hal virusun qlobal miqyasda yayıldığını və inkişaf etməyə davam etdiyini göstərir.
Yeni variantın simptomları da artıq bəllidir: "Mpox-un yeni ştammı yaxın təmas yolu ilə ötürülür. Xəstəlik cinsi əlaqə, eləcə də öskürək və asqırma yolu ilə yayıla bilər. Mütəxəssislərin fikrincə, xəstəlik qripəbənzər simptomlarla başlayır. Üşümə, zəiflik, əzələ və bel ağrısından sonra dəridə suluqlar, ləkələr və ya xoralar əmələ gətirir...".
Zülfiyyə
MİA.AZ