Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman verib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara verilib:
1. Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11,
maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə
773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə
966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10,
maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 24 iyul tarixli 238 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:
"8.5-1. 15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsini təşkil
edir;”;
1.2. 9.9-cu bəndə "dövlət qeydiyyatının aparılmasını” sözlərindən sonra ", 15
yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya
kartının verilməsini” sözləri əlavə edilsin.
2. Bu Fərman 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”