Xəbər verdiyimiz kimi, Xırdalanda 4 mərtəbəli bina uçub.
"Qafqazinfo” nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.
Mərhumun adı Məharətdir, soyadı dəqiqləşdirilir. Onun taksi sürücüsü olduğu bildirilib.
Qeyd edək ki, FHN partlayışla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 9 nəfər xilas olunub.