ABŞ prezidenti Donald Trampın bu gün Qəzza planının qəbulu ilə bağlı HƏMAS-a oktyabrn 6-sı, gecə saat 2-dək vaxt verməsinə qarşı tərəf operativ cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qruplaşma Trampın “HƏMAS-a oktyabrın 6-na qədər vaxt verirəm, razılaşmanı qəbul et, ya da öl”, - tələbinə müsbət yanaşıb.
Qruplaşmanın açıqlamasına görə, Trampın irəli sürdüyü 20 bəndlik plan qəbul olunur, üstəlik, ən qısa zamanda, bütün girovlar azad olunacaq: "Biz ərəb və islam dünyasının, beynəlxalq tərəflərin və Trampın müharibəni bitirmək, yardıma icazə vermək, işğalı rədd etmək və fələstinlilərin köçünün qarşısını almaq üçün səylərini təqdir edirik. Bölgədə atəşkəs olan kimi, biz həm sağ qalan, həm də ölənlərin bütün israilli əsirləri Trampın dəyişiklik formuluna uyğun olaraq azad etməyə razıyıq. Bunun üçün təcili danışıqlara hazır olduğumuzu bəyan edirik".
HƏMAS bildirib ki, Qəzzanın idarəçiliyini milli konsensus əsasında və ərəb/islam dəstəyi ilə Fələstin texnokrat heyətinə təhvil verilməsinə də müsbət yanaşırlar: "Trampın təklifindəki digər məsələlər - Qəzzanın gələcəyi, Fələstinin hüquqları və sair məsələr isə daha geniş milli mövqe və beynəlxalq hüquqi çərçivə tələb edir. Biz bütün bunları dərhal və operativ müzakirə etməyə hazırıq".
Tahir Şəlvəli
MİA.AZ