Bu gün prezident İlham Əliyev daha bir sərəncam verib.
Mia.az xəbər verir ki, budəfəki sərəncama əsasən Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Hidayət Xuduş oğlu Orucova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Mia.az onu da xəbər verir ki, sentyabrın 5-i Hidayət Orucovun 70 yaşı tamam olacaq. O, 27 dekabr 2012-ci ildən Azərbaycan Respublikasının Qırğız
Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.