Bu gün ABŞ prezidenti Donald Tramp Qəzza planının hər kəs üçün çox əla olduğunu bəyan edərək, HƏMAS-ı hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, HƏMAS-a plana boyun əymək, sülh planı ılə razılaşmaq üçün oktyabrın 6-sı Bakı vaxtilə gecə saat 02:00-a qədər vaxt verib.
O, bu vaxta qədər HƏMAS-ı planı qəbul etməyə çağırıb: "Əgər razılaşma əldə olunarsa, müharibə, zorakılıq sona çatacaq. Bu, hər kəs üçün böyük və möhtəşəm anaşmadır. Əgər bu son şans olan razılaşma əldə edilməzsə, HƏMAS üçün indiyədək görülməmiş şəkildə qiyamət qopacaq. Ya girovları azad et, sülhə razılaş, ya öl!"
Tramp əlavə edib ki, razılaşma əldə olunarsa, HƏMAS döyüşçülərinə toxunulmayacaq. O, daha sonra HƏMAS-ı qalan israilli girovları dərhal azad etməyə çağırıb.
Tahir Şəlvəli
MİA.AZ