Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub.

Mia.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.

Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.

İşlər planı səsverməyə qoyularaq qəbul edilib.