Daxili işlər naziri Ramil Usubovun bu günlərdə nazirliyin tabeliyində olan «Dinamo» İdman Cəmiyyətinin rəisi Sahib İsmayılovu yaşla bağlı təqaüdə göndərəcəyi haqda xəbər yayılıb. 

Onu da qeyd edək ki, Sahib İsmayılov bu vəzifəyə qədər Gəncənin Kəpəz rayon Polis Şöbəsinin rəisi işləyib. O, 2008-ci ildə «Dinamo»ya təyinat alıb. 

Mia.az xəbər verir ki, cəmiyyətin rəhbəri vəzifəsinə isə olimpiya çempionu Namiq Abdullayevin gətiriləcəyi bildirilir.