Xəbər verdiyimiz kimi, bu gün aktyor Cabir İmanov idman zalında qəflətən vəfatt edib.

Mia.az xəbər verir ki, onun ölüm anı ilə bağlı jurnalist Elvin Elxan sosial şəbəkədəki hesabında paylaşma edib: "Zala daxil oldu, bir neçə dəqiqədən sonra oturub yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə kiminsə ölümünün şahidi oldum. O adam ən gözəl yoldaş idi. Allah rəhmət eləsin!".

Məlumata görə, Cabir İmanov bu gün Səbail rayonu Paytaxt, Üzeyir Hacıbəyli yaxınlığında yerləşən təlim meydançasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilsə də, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.