Azad olunan ərazilərdə sentyabrın 22-dən 28-nə qədər 35 tank əleyhinə mina, 100 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik hesabat yayıb.

Bildirilib ki, bölgədə daha 1 225,1 hektar ərazi minalardan təmizlənib.