Ötən gün Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticəsi elan olunub.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası sonməlumatı paylaşıb.

Bildirilib ki, indiyədək səslərin 99,95%  sayılıb: "Nəticəyə əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu Fəaliyyət və Həmrəylik Partiyası 50,13% səslə seçkiyə liderlik edir. Onun partiyasını 28,26% səslə Rusiyayönümlü "Vətənpərvər blok"u izləyir. 3-cü yeri isə 9.20 faiz səslə iqtidar partiyasına yaxın olan  "Alternativ" bloku tutub".

Məlumatda 5 faizlik barajı aşan Rusiyayönlü Bizim Partiyanın 6,35 faiz,  "Demokratiya evdədir" Partiyası isə 5,73 faiz səs qazanıb. Beləliklə, Moldova parlamentində 4 siyasi təşkilat təmsilçilik haqqı qazanıb.

Yeri gəlmişkən, Prezidentin liderlik etdiyi blok təkbaşına iqtidar qurmaq üçün yetrəli səsə sahiblənib.

Samir MUSAYEV

MİA.AZ