Gürcüstanın baş prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin Yunanıstan polisi tərəfindən saxlanılması ilə bağlı məlumat yayıb. Modern.az saytı "İnterfaks” a istinadən xəbər verir ki, Baş Prokurorluğun hüquqşi təminat şöbəsinin müdiri İrakli Çilinqaraşvili Samos adasında polisin Mixail Saakaşvilinin olduğu yaxtanı saxladığını bildirib. Onun sözlərinə görə hadisə 1 sentyabrda olub.Baş Prokurorluq nümayəndəsi söyləyib ki, Mixail Saakaşvili Yunanıstan sərhədini keçməyə cəhd edib."Bizə onun saxlanılması barədə məlumat daxil oldu. Yunan tərəfi bizdən onun İnterpol vasitəsi ilə axtarışda olduğunu təsdiq etməyi istədi. Biz də göndərdik. Lakin Saakaşvili barəsində "qırmızı bildiriş” rəsmi şəkildə dərc edilmədiyindən yunan polisi onu bir neçı saat saxladıqdan sonra sərbəst buraxıb”.