Kürdəmir rayonundan deputat seçilən Fərhad Qəribov rayon polis rəisindən narazılıq edib. 

O, bu barədə deyib: "Rayon sakinləri daha çox Kürdəmir rayon Polis İdarəsinin rəisindən narazıdır.  Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir.  Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam.

teleqraf.com