Bakının ən böyük prospektlərindən birində cavan oğlan atası yaşda kişiyə hücum çəkib. Yoldan keçənlər kişini gəncin əlindən alıblar. Gənc oğlanın yaşlı kişi ilə əlbəyaxa döyüşü kameralara da düşüb.

Milli.Az-a bu barədə məlumat verən oxucu qeyd edib ki, hadisə Nobel prospektindəki "Nargilə" kafesinin yanında baş verib. Bu cür küçə döyüşü yüzlərlə sürücünün tıxacda qalmasına səbəb olub.

Yeri gəlmişkən, ötən gecə "Qafqazinfo"da fransız sürücülərin dalaşmasını əks etdirən video kadrlar yayımlamışdıq. Həmin videonu bir daha təqdim edir, azərbaycanlı sürücülərlə fransız sürücülər arasındakı fərqi tapmağı dəyərli oxucularımızın öhdəsinə buraxırıq...