Ağstafadakı hərbi hissələrdəki zirehli texnika təmas xəttinə daşınır. Bu barədə məlumatı Musavat.com-a rayondakı mənbə verib.

Məlumata görə, bu gün saat 11.00-12.00 radələrində 30 yaxın tank daşınıb.

Texnika daşınarkən avtomobil yolları bağlanıb. Lakin vətəndaşların seyr etməsinə və foto çəkməsinə maneçilik törədilməyib.

Məhz vətəndaşlardan biri də bu məlumat və fotoları musavat.com-a yollayıb.

Musavat.com