Təhsil nazirinin dəyişdirilməsi belə bu sistemdə olan problemləri həll etmədi. Yenə testdənkənar qəbul və balı aşağı olan abituriyentlərin müxtəlif yollarla özəl ali məktəblərə qəbulunun şahidi oluruq.
Məlumata görə, bir neçə gün öncə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul siyahısını açıqlaması ilə əksər özəl ali məktəblərdə al-ver başlayıb. Bunu gözləyən rektorlar öz yaxın adamlarına "start” əmri veriblər.
Məlumatda qeyd olunur ki, ilk yerlərdən birini Bakı Biznes” Universiteti tutur.
Belə ki, ali mətəbə qəbul ola bilməyən abituriyentlərin sözügedən universitetə qəbul olunması çox asandır. Rektorlara yaxın olan və bu işin ustaları sayılan adamlara 8-15 min manat verməklə tələbə adını qazanmaq olar.
Qeyd edək i, bir ay əvvəl bu rəqəm 5-10 min manat olubsa, indi bir az qalxıb – 8-15 min manat. Səbəb isə dərs ilinin başlaması və artıq şansların azalmasıdır.
Məlumatda həmçinin qeyd olunur ki, pulla universitetə qəbul olunan tələbələrə bildirirlir ki, onlar dərsə oktyabr ayinda gəlsinlər. Bunun da özəl səbəbləri var. Qəbul bitməli, öz savadı ilə tələbə adını qazananlar universitetə terləşdirilməli və bundan sonra testdənkənar qəbulla məşgul olmalıdırlar(Bizimxeber.az).