Prezident İlham
Əliyev daha bir sərəncam verib.
Mia.az xəbər verir ki, yeni sərəncam Oğuz rayonunun
Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqındadır.
Belə ki, sərəncama əsasn on
bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən
Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd
yüz min) manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada
təmin, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.