Müğənni Yaşar Cəlilov
sinif yoldaşları ilə fotosunu paylaşıb.
Müğənni Mia.az-a bildirib ki, parta yoldaşları ilə toyda bir araya gəlib. Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunları digər sinif yoldaşları Ülviyyənin toyunda görüşüblər.
Y. Cəlilovun
sinif yoldaşları arasında "Xalq ulduzu” Nigar Şabanova da var. Toy məclisini hər iki müğənni idarə edib: " Çox mehriban sinif olmuşuq. Bu
toy bizim üçün xüsusi bir görüş oldu. Həm də mən sinif nümayəndəsi olduğum üçün
hər zaman xüsusi diqqət mərkəzində olmuşam.
Çox maraqlı toy keçdi”.