Bu gün Prezident
İlham Əliyev Azərbaycan bələdiyyələrinin yaxından maraqlandıracaq 4 yeni
sərəncam imzalayıb.
Mia.az həmin
sərəncamları olduğu kimi təqdim edir:
****
"Yerli
(bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini
rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1.
"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002, № 4, I kitab, maddə 155; 2008, № 6, maddə 462) aşağıdakı məzmunda 11.4-cü
maddə əlavə edilsin:
"11.4.
Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli
operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir.
Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması
qadağandır”.
Maddə 2. Bu
Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 20 iyun tarixli 1003-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bələdiyyələrin statusu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 20 iyun tarixli 1003-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və
Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini
rəhbər tutaraq qərara alır:
"Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, №
5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10,
№ 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2,
maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082;
2008, № 5, maddə 354; 2009, № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr
275, 276; 2011, № 2, maddə 71, № 12, maddə 1074; 2012, № 6, maddə 523) 30-cu
maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli
vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 5
gündən gec olmayaraq arayış verirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli
Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi:
2.1. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.2. yerli
vergilərin və ödənişlərin hesablanması və ödənilməsi, habelə bələdiyyələrin
maliyyələşməsi sahəsində qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı müvafiq
maarifləndirmə işinin aparılmasını təmin etsin".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"