Opera və Balet
Teatrının solisti, xanəndə Vüsalə Musayeva ustad dərsi keçəcək.
Bu barədə Mia.az-a açıqlamasında Vüsalə Musayeva deyib
ki, Filippinin məşhur opera ifaçısı Lea
Salongaya Azərbaycan mahnısını öyrədəcək: "2012-ci ildə "San Francisco World
Music Festival”ın əsas siması kimi tətəf müqabilim İlkin Əhmədovla "Leyli və Məcnun”
tamaşasında çıxış etdik. Bir müddət əvvəlsə həmin festivalın təşkilatçıları məni
ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə
Fikrət Əmirovun "Göy göl” mahnısını öyrədəcəyəm. Dərslər sentyabrdan başlayacaq
və skayp vasitəsilə olacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm”.
Xanəndə onu da
bildirdi ki, "San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay
Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq. L.Salonganın azərbaycanlı
müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq. L.Salonga "Göy göl”ü
noyabrda keçiriləcək festivalda ifa edəcək.
Xatırladaq ki,
L.Salonga məşhur "Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.