Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov orada iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu da söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil.

"Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur” - deyə mətbuat xidmətindən "Turan"a bildirilib.