Dünən erməni silahlı bölmələrinin
atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan
sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı
Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış
əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində
şəhid olub.
Mia.az xəbər verir ki, bu məlumatı Müdafiə Nazirliyi yayıb.
Nazirlik açıqlamada şəhidin ailəsinə
və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Nazirliyin rəsmi məlumatında o da bildirilir ki, dünən erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə
təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti
altındadır.