Bu gün Azərbaycan Prezidenti İlham Əliyev daha bir sərəncam imzalayıb.
Mia.az həmin sərəncamı da təqdim edir:
S.H.Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014-cü ilin
sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun
anadan olmasının 100 illiyi tamam olur.
Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə
səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti
ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm
töhfələr vermişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə Sadıq Rəhimovun 100 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti