"AzadlıqRadiosu"na İntiqam Əliyevin oğlu Nəcmin Əliyev atasının saxlanılması ilə bağlı belə açıqlama verib: «Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».
Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.
Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.
Ötən ilin martında hüquqşünas, vəkil və insan haqları müdafiəçisi İntiqam Əliyevə «People in Need» insan haqları təşkilatının mükafatı təqdim edilib.
«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.