Bu gün Prezident İlham Əliyev iki sərəncam verib.

 Mia.az xəbər verir ki, hər iki sərəncam Ağdam rayonu ilə bağlıdır.

 Sərəncama əsasən iyirmi bir min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılıb.

 Digər sərəncamla isə  Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.