Onun sözlərinə görə, təcili tibb yardım maşınları yaralıları Mirəşəlli qəbristanlığının yaxınlından götürərək Sarıcalı kəndində yerləşən hospitala aparıblar.
Əməkdaşımız öyrənib ki, yaralılar dünən gecə başlayan atışma zamanı güllə yarası alıblar. Ancaq erməni snayperləri onların vaxtında əməliyyat yerindən götürülməsinə imkan verməyiblər. Bu üzdən yaralıların sağ olub-olmaması, yaralarının ağırlıq dərəcəsi bilinmir.
***
"Hazırda Qazaxda yalnız Quşçu Ayrım və Məzəm kəndlərindən atəş səsləri eşidilir”.
Bu barədə Axar.az-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov açıqlama verib.